"Bakı-Xankəndi" yarışının sonuncu mərhələsinin qalibi müəyyənləşdi

  "Bakı-Xankəndi" yarışının sonuncu mərhələsinin qalibi müəyyənləşdi

"Bakı-Xankəndi" beynəlxalq velosiped yarışı başa çatıb.

"Mediasport" xəbər verir ki, budəfəki yarış Tərtərdən Xankəndiyə qədər uzanan 181,5 kilometrlik marşrutu əhatə edib.

İspaniyanın "Burqos" komandasının üzvü birinci, "Astana"dan Henok Mulubrhana ikinci, "Burqos"un digər üzvü, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.

İlk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, ikinci və üçüncü raundda müvafiq olaraq, Qazaxıstanın "Astana" komandasının üzvü Yevgeniy Federov və Qleb Suritsa, dördüncü mərhələdə isə "Bardiani" (İtaliya) komandasının üzvü Marko Manenti finişə birinci çatıb.

Xatırladaq ki, ümumi mükafat fondu 50 min avrodan artıq olan yarışda dünyanın 20 ölkəsindən 24 komanda mübarizə aparır.