Millimiz “Tour of Bostonliq” yarışında iştirakını başa vurdu
10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi yarışına hazırlaşan şose velosipedi üzrə Azərbaycan millisi Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” turnirində çıxış edib.
"Mediasport" xəbər verir ki, yarışın 163 km-lik 2-ci mərhələsi qrup finişi ilə yadda qalıb.
Fotofinişə əsasən, yığmamızın üzvlərimizdən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə 18-ci olub.
1-ci mərhələdə finiş xəttini 4-cü keçən Musa 2 yarış gününün yekununa əsasən, ümumi təsnifatda 4-cü nəticə göstərməklə ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb.
