ACF Kuboku yarışı Hövsanda

Hövsan qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində 17 yaşadək yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku yarışı keçiriləcək.
"Mediasport" xəbər verir ki, yarış martın 15-16-da təşkil olunacaq.
Turnirdə 43 klub və idman cəmiyyətindən 348 cüdoçu (288 oğlan, 60 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir.
Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.