Azərbaycan milli komandası qitə birinciliyinə İspaniyada hazırlaşır

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan milli komandası İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
"Mediasport" xəbər verir ki, hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.
Xatırladaq ki, qitə birinciliyi 4-7 sentyabrda Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.