“Futbol Konfransı Bakı”: Futbol adamları Azərbaycana toplaşır

 “Futbol Konfransı Bakı”: Futbol adamları Azərbaycana toplaşır

Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.

Forumda Türkiyə, Avropa və Azərbaycandan olan futbol mütəxəssisləri panel müzakirələrində iştirak edəcəklər. İştirakçılar sırasında Azərbaycan klublarının nümayəndələri, futbolçular, FIFA futbol agentləri, məşqçilər və gələcəkdə öz karyerasını bu istiqamətdə qurmaq istəyən şəxslərin qatılması nəzərdə tutulur.