“Neftçi” yeni müqavilə bağladı

“Neftçi” yeni tərəfdaşlıq müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, əməkdaşlıq Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış “Coffee Bar” şirkəti ilə imzalanıb.
Razılaşmaya əsasən, “Coffee Bar” “Neftçi”nin rəsmi qəhvə sponsoru olacaq və komandanın qəhvə və qəhvə avadanlığı ehtiyaclarını təmin edəcək.
“Coffee Bar” ölkəmizdə qəhvə mədəniyyətinə yönəlik geniş məhsul və xidmət çeşidi təqdim edən, qəhvə mağazaları, kafe və restoranlar üçün peşəkar həllər təklif edən qəhvə ekosistemidir.