AFFA seçim turniri keçirəcək

AFFA seçim turniri keçirəcək

Bakıda 2013-2014-cü il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli turnir keçiriləcək.

"Mediasport" xəbər verir ki, yarış iyunun 6-dan etibarən Binə stadionunda təşkil olunacaq.

Turnirdə Misli Premyer Liqası klubları və ödənişsiz oyunçu qəbul edən akademiyalar istisna olmaqla, digər komandalar iştirak edə biləcəklər.

Yarış olimpiya sistemi üzrə keçiriləcək. Məğlub olan komandalar mübarizəni dayandıracaqlar.

Qeydiyyat üçün son tarix 2 iyun 2026-cı il müəyyənləşdirilib. Turnirdə iştirak etmək istəyənlər elchin.gadirov@affa.az elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Oyunlar 9x9 formatında, yarım meydançada keçiriləcək.

Qarşılaşmaların ümumi müddəti 40 dəqiqə olacaq. Hər hissə 20 dəqiqə davam edəcək.