Çingiz “Uluslararası Marmara Cup Turnuvası”nın çempionu oldu

Çingiz “Uluslararası Marmara Cup Turnuvası”nın çempionu oldu

Azərbaycan karateçisi Çingiz Abbasov Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, 22 kq çəki dərəcəsində (6-7 yaş kateqoriyası) yarışan idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

28 ölkədən 1837 karateçinin mübarizə apardığı yarışda Azərbaycan 67 idmançı ilə təmsil olunur.

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil edilən turnir avqustun 24-də yekunlaşacaq.