Azərbaycan komandası Bakı "Qran-Pri"sini 177 medalla başa vurdu

 Azərbaycan komandası Bakı "Qran-Pri"sini 177 medalla başa vurdu

Bakıda keçirilən karate üzrə "Qran-Pri" turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, iki gün davam edən turnirdə yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.

Azərbaycan komandası ümumilikdə 177 medalla (42 qızıl, 49 gümüş, 86 bürünc) yekun sıralamada birinci olub.

Qazaxıstan ikinci (23), Türkiyə (23) komandası üçüncü yeri tutub.

Yarışda 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi mübarizə aparıb.