Azərbaycanın 12 karateçisi A Seriyası turnirində yarışacaq
Azərbaycan karateçiləri ilin son beynəlxalq turnirində iştirak etməyə hazırlaşırlar.
"Mediasport" xəbər verir ki, idmançılarımız oktyabrın 2-4-də Avstriyanın Zalsburq şəhərində keçiriləcək A Seriyası turnirində mübarizə aparacaqlar.
Ölkəmiz yarışda 12 karateçi ilə təmsil olunacaq.
Qadınlardan Mədinə Sadıqova, Suada Kərimova (hər ikisi – 55 kq), Gülay Orucova, Renata Ərəbli, Aysu Əliyeva (hamısı – 61 kq) və İrina Zaretska (68 kq) gücünü yoxlayacaq.
Kişilər arasında isə Fərid Savadov (60 kq), Ələddin Məlikov (67 kq), Nicat Kərimli (75 kq), Turqut Həsənov (84 kq), Nihad Kərimzadə və Vahid Həsənov (hər ikisi – +84 kq) tatami üzərinə çıxacaq.


