Azərbaycan karateçiləri dünya çempionatına 3 medalla başladı

Azərbaycanın ənənəvi karate milli komandası Polşanın Pulavi şəhərində keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatına uğurla başlayıb.
"Mediasport" xəbər verir ki, idmançılarımız ilk yarış günündə 3 medal qazanıblar.
Böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında Vüsal Seyidov (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafat əldə ediblər.
Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və bu ilki turnir mayın 11-də yekunlaşacaq.