"Araz-Naxçıvan"da məşqçilər korpusu ilə bağlı qərar verildi

"Araz-Naxçıvan" məşqçilər korpusu ilə bağlı qərar verib.
"Mediasport" xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevlə yanaşı, məşqçilər korpusunda yer alan Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi ötən mövsüm də mütəxəssis və köməkçiləri ilə 1 illik müqavilə imzalandığını açıqlamışdı.
Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.