Koxalski Polşa millisinə çağırıldı
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Monteneqro Polşa milli komandasına çağırılıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin 25 yaşlı qolkiperi Ukrayna və Nigeriya ilə matçlar üçün yığmadan dəvət alıb.
Yoldaşlıq görüşləri müvafiq olaraq, 31 may və 3 iyunda keçiriləcək.
Mateuş başa çatan mövsümdə "atlılar"ın heyətində ümumilikdə 41 oyuna çıxıb, 58 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.


