Azərbaycan yığması dəstəksiz qalmayacaq - Millətlər Liqası
Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının Litva ilə səfər görüşündə dəstəksiz qalmayacaq.
AFFA-dan "Mediasport"a verilən məlumata görə, yığmamızı Kaunasda 100-dək azarkeş dəstəkləyəcək.
Ümumilikdə matç üçün indiyədək 8500 bilet satılıb.
Sabah anşlaq olacağı gözlənilir.
Darius və Girenas stadionunun tutumu 15 min nəfərlikdir.
Matç Bakı vaxtilə saat 17:00-da start götürəcək.

