Milli komandamızın üzvünün qələbə həsrətinə son qoyuldu

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderland Yüksək Liqasında növbəti matçına çıxıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin formasını geyindiyi "Volendam" evdə "Zvolle" ilə qarşılaşıb.
Görüş Ozanın komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Yığmamızın üzvü meydana 73-cü dəqiqədə daxil olub.
Xatırladaq ki, "Volendam" ardıcıl 4 heç-heçədən sonra qazandığı qələbə ilə xallarının sayını 7-yə çatdırıb və turnir cədvəlində 12-ci pilləyə qalxıb.