Yığmamızın dünya çempionatı oyunu bu stadionda keçiriləcək

Yığmamızın dünya çempionatı oyunu bu stadionda keçiriləcək

Futbol üzrə Azərbaycanın A milli komandasının DÇ-2026-nın seçmə qrup mərhələsinin ilk turu çərçivəsində İslandiya yığması ilə səfərdə hansı stadionda qarşılaşacağı və matçın başlanma saatı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, sentyabrın 5-də keçiriləcək görüş paytaxt Reykyavikdə yerləşən "Lauqardalsvollur" stadionunda baş tutacaq.

Konsert salonu tipində inşa edilmiş arenanın futbol oyunu üçün azarkeş tutumu 9500 nəfərlikdir.

D qrupunun ilk matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xatırladaq ki, qrupda seçməmizin digər rəqibləri Fransa və Ukrayna futbolçuları olacaqlar.