"Qalatasaray"a qol vuran azərbaycanlı baş məşqçisiz qaldı

"Qalatasaray"a qol vuran azərbaycanlı baş məşqçisiz qaldı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" baş məşqçi Ali Ufuk Kahramanla yollarını ayırıb.

Mediasport.az xəbər evrir ki, rəhbərlik klubla yaya qədər müqaviləsi olan mütəxəssisi saxlamaq istəməyib.

Tərəflər arasında anlaşmaya qarşılıqlı razılıqla xitam verilib.

Xatırladaq ki, 3 gün əvvəl Türkiyə Kubokunun qrup yarışında "Qalatasaray"ın qapısına yol tapan Vüsal Ali Ufukun rəhbərliyi altında çempionat matçlarında çox şans qazanmırdı.

1-ci Liqa təmsilçisi 23 turdan sonra 33 xalla 9-cu pillədə qərarlaşıb.