"Sabah"ın üzvü yığmadan çıxarıldı - Əvəzinə "Qarabağ"dan çağırıldı

"Sabah"ın üzvü yığmadan çıxarıldı - Əvəzinə "Qarabağ"dan çağırıldı

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

"Mediasport" xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Xatırladaq ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyunu keçirəcək.