Dünya çempionatına çağırılan futbolçu dəvəti qəbul etmədi

Dünya çempionatına çağırılan futbolçu dəvəti qəbul etmədi

"Lans"ın hücumçusu Odson Eduard qeyri-adi hərəkəti ilə seçilib.

"Mediasport" xəbər verir ki, 28 yaşlı haitili hücumçu milli komandadan gələn təklifi qəbul etməyib.

Təklifi geri çevirən forvard bunu haqq etmədiyini açıqlayıb:

"Milli komandada olan digər futbolcular seçmə mərhələdə sözün əsl mənasında savaşdılar. Yığmadan son dəqiqə gələn təkliflə başqa birinin yerini zəbt etmək haqsızlıq olar.

Əgər millidə forma geyinəcəmsə, buna əziyyət çəkərək nail olmalıyam".

Xatırladaq ki, Odson cari mövsüm Liqa 1-də "Lans"ın heyətində 29 oyuna 15 qol vurub.

Mediasport.com.az