DÇ-2026: Argentina, Fransa və Norveç növbəti oyunlarına çıxır
Futbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu axşam daha 1 qarşılaşma keçiriləcək.
İlk tur Əlcəzairi superulduz Lionel Messinin het-triki ilə məğlub edən Argentina bu dəfə Avstriya ilə üz-üzə gələcək.
Digər oyunlar gecə yarısı və səhər saatlarında baş tutacaq.
Fransa İraqla, Norveç Seneqalla, İordaniya isə Əlcəzairlə qarşılaşacaq.
DÇ-2026. 2-ci tur
J qrupu
21:00 Argentina - Avstriya
I qrupu
01:00 Fransa - İraq
04:00 Norveç - Seneqal
J qrupu
07:00 İordaniya - Əlcəzair


