İdmançılarımızın medalları bugünlərdə dəyişdiriləcək

İdmançılarımızın medalları bugünlərdə dəyişdiriləcək

Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşınmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə başlanııb.

Bu barədə "Mediasport"a Milli Olimpiya Komitəsindən məlumat verilib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib.

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşınmaya məruz qalan medalların dəyişdirilməsi prosesində növbə Azərbaycan idmançılarına çatıb.

Bugünlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin olunacaq.