Dünya çempionatı: Daha iki komanda 1/8 finala yüksəldi

Dünya çempionatı: Daha iki komanda 1/8 finala yüksəldi

İlk dəfə 32 komandanın iştirakı ilə keçirilən klublararası dünya çempionatında daha iki kollektivin pley-offa yüksəlməsi reallaşıb.

"Mediasport" xəbər verir ki, "Mançester Siti" və "Yuventus" qrupda hər iki görüşünü qələbə ilə başa vuraraq adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, mundialda daha əvvəl "Botafoqo", "Flamenqu" (hər ikisi Braziliya) və "Bayern" (Almaniya) pley-off vəsiqəsini vaxtından əvvəl təmin edib.