"Nəticə bizim üçün vacibdir, qələbə qazanmaq istəyirik"

"Nəticə bizim üçün vacibdir, qələbə qazanmaq istəyirik"

“2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq".

"Mediasport" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

Yarımmüdafiəçi “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığmaları ilə oyunöncəsi baş tutan mətbuat konfransında iştirak edib.

O, hazırlıq haqda fikirlərini bölüşüb:

"Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.