Milli komandamızın sabiq üzvü Belarusda bürünc medal qazandı

Azərbaycan gimnastı Selcan Mahsudova Belarusun Vitebsk şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisində karyerasını bu yaxınlarda başa vurmuş idmançı yarışda bürünc medal qazanıb.
Batus gimnastikası növündə mübarizə aparan təmsilçimiz toplamda 55.540 xalla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.