Timur Turlov Bakıya səfər etdi
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.
"Mediasport" xəbər verir ki, səfər çərçivəsində Timur Turlov Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilə görüşüb.
Görüşdə Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FİDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, ötən ay Timur Turlov FİDE-nin yeni prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

