Millimizin üzvü ardıcıl ikinci dəfə Superliqa çempionu oldu - FOTO
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev ardıcıl ikinci, komandası isə üçüncü dəfə Albaniya Superliqasının qalibi olub.
"Mediasport" xəbər verir ki, müdafiəçinin formasını geyindiyi "Eqnatia" çempionluğunu son turda rəsmiləşdirib.
Komanda doğma meydanda “Tirana”ya qalib - 2:0.
Ən yaxın izləyicisi "Elbasani" də 37 xal toplayıb, lakin şəxsi üstünlüyə görə kubok və qızıl medalları "Eqnatia" əldə edib.
Zamiq Əliyev həlledici qarşılaşmada 45 dəqiqə meydanda olub, sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, əvvəlki iki mövsümdə də çempionluğu bayram etmiş "Eqnatia" UEFA çempionlar Liqasında mübarizə aparacaq.



