Nəriman Axundzadə Türkiyənin Super Liqa klubunda oynayacaq
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 22 yaşlı hücumçu "Ərzurumspor"da oynayacaq.
ABŞ-nin "Kolumbus Kryu" klubuna məxsus forvard tibbi müayinədən uğurla keçdikdən sonra 1 illik müqavilə bağlayacaq.
O, türkiyədə icarə əsasında forma geyinəcək.
Xatırladaq ki, Axundzadə bu ilin fevralında ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə bağlayıb.


