U-19 milli Farer adalarına qarşı

  U-19 milli Farer adalarına qarşı

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Çatez" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Xatırladaq ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.