"Qarabağ" planetin 501 komandası arasında 71-ci yerdə qərarlaşıb

"Qarabağ" planetin 501 komandası arasında 71-ci yerdə qərarlaşıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa klublarının son 5 il üçün ümumi reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, siyahıda Azərbaycan təmsilçilərindən ən yüksək yeri "Qarabağ" tutur.

Qurban Qurbanovun komandası planetin 501 komanda arasında 768,75 xalla 71-ci pillədə qərarlaşıb.

"Neftçi" 300 xalla 375-ci, "Zirə" 290,5 xalla 399-cu, "Sabah" isə 283,25 xalla 411-ci sırada dayanıb.

Dünya reytinqinə 1753 xalla İspaniya nəhəngi "Real" başçılıq edir.