"Qarabağ" Avstriya hegemonu "Zalsburq"la qarşılaşır - YENİLƏNİR

"Qarabağ" Avstriya hegemonu "Zalsburq"la qarşılaşır - YENİLƏNİR

Yay hazırlığını Avstriyada keçən "Qarabağ" bu gün sonuncu yoxlama matçına çıxacaq.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Avstriya nəhəngi "Zalsburq"la qarşılaşacaq.

17-qat Avstriya çempionu ilə görüş Bakı vaxtilə saat 20:00-da başlanacaq.

Ağdam təmsilçisi təlim-məşq toplanışını iyulun 16-da başa vuracaq.

Xatırladaq ki, Qurban Qurbanovun komandası Avstriya toplanışında 3 hazırlıq oyunu keçirib. Niderlandın "Tvente" kollektivinə bir dəfə qalib gəlib bir dəfə məğlub olan (3:2, 1:2) "köhlən atlar" Ukraynanın "Metallist 1925" klubuna uduzublar (4:5).