"Neftçi"nin "Sumqayıt"la oyununun biletləri 2 manatdan satışa çıxarıldı

"Neftçi"nin "Sumqayıt"la oyununun biletləri 2 manatdan satışa çıxarıldı

Aprelin 5-də Misli Premyer Liqasının XXVI turu çərçivəsində keçiriləcək “Sumqayıt” - “Neftçi” oyunun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manat təşkil edir.

Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi və oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qarşılaşma saat 18:00-da başlanacaq.