"Sumqayıt" 6 aydır oynamayan futbolçu ilə yeni müqavilə bağladı

 "Sumqayıt" 6 aydır oynamayan futbolçu ilə yeni müqavilə bağladı

"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.

"Mediasport" xəbər evrir ki, 27 yaşlı müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.

2023/2024 mövsümündən komandada çıxış edən pakistanlı Premyer Liqada 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub.

O, 4 qolla yadda qalıb.

Qeyd edək ki, Suliman 5 aydan çoxdur zədə səbəbindən komandasına kömək edə bilmir.