Ölkə birinciliyi start götürdü - FOTO

Ölkə birinciliyi start götürdü - FOTO

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı mübarizə aparır.

Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə yarışırlar.

Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar. Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək.

Turnirin final mərhələsi avqustun 30-da baş tutacaq. Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək.