Azərbaycan yığması III MDB Oyunlarını 3 medalla başa vurdu

 Azərbaycan yığması III MDB Oyunlarını 3 medalla başa vurdu

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarında güllə atıcılığı yarışlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan yarışda təmsilçimiz Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo sınaqda gümüş medal qazanıb.

Qadınların analoji mübarizəsində Xanna Əliyeva bürünc mükafat əldə edib.

Qeyd edək ki, daha öncə X. Əliyeva ikinci yeri tutmuşdu.

Beləliklə, idmançılarımız Oyunları 3 medalla başa vurublar.