Argentinada Azərbaycanı təmsil edəcək atıcılarımız müəyyənləşdi

Azərbaycan millisinin atıcıları Argentinada Dünya Kubokunun Buenos-Ayres mərhələsində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 12 idmançı ilə təmsil olunacaq.
Dünya Kubokunda 38 ölkədən 381 atıcı mübarizə aparacaq.
Komandamızın heyətində Niyaz Ağazadə, Fuad Qurbanov, Cavid Həsənov, Əli Mustafayev, Nurlana Cəfərova və Riqina Meftehətdinova skitdə gücünü sınayacaq.
Əli Hüseynli, Əlimirzə Quliyev, Aydan Camalova və Ülviyyə Eyvazova həm fərdi, həm qarışıq komanda yarışına qatılacaq.
Ruslan Lunyovla Xanna Əliyeva isə tapança ilə atəş açmaqda çıxış edəcək.
Yarış aprelin 1-11-də keçiriləcək.