PFL idman jurnalistləri arasında növbəti intellektual yarış keçirdi

PFL idman jurnalistləri arasında növbəti intellektual yarış keçirdi

Peşəkar Futbol Liqası 22 İyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında növbəti dəfə intellektual yarış təşkil edib.

Budəfəki turnirdə komanda seçimi mərhələsi əvvəlki turnirlərdən fərqlənib.

Belə ki, digər turnirlərdə ən çox mükafatçılar sırasına düşmüş, çempion olmuş media nümayəndələri “səpələnmişlər” səbətinə salınıb və bu cür iştirakçıların iki nəfərdən çoxu eyni komandada yer almayıb.

70-dən çox media nümayəndəsinin iştirak etdiyi yarış həmişəki kimi, gərgin mübarizə şəraitində keçib, maraqlı və yaddaqalan alınıb.

Məhz bu səbəbdən çempion son turda məlum olub.

Yarışmada komandalara Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə iştirak edən 12 klubun adı verilib.

"Şamaxı" komandası çempion olub, "Sabah" ikinci, "Kəpəz" isə üçüncü yeri tutub.

Çempion kollektivə kubok və medallar təqdim edilib.

Qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıblar.

Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən 4 komandanın üzvlərinə xatirə mükafatları verilib.

"Mediasport" Yeni il bayramı ilə əlaqədar keçirilən yarışmada olduğu kimi, bu dəfə də çempion komandanın heyətində təmsil olunub.