"Şəfa" "Qarabağ" və "Neftçi" ilə yoxlama matçları keçirəcək
Premyer Liqaya hazırlaşan “Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama matçında gücünü sınayacaq.
"Mediasport" xəbər verir ki, paytaxt klubu ilk oyununu iyulun 17-də “İmişli”yə qarşı keçirəcək.
Zaur Həşimovun rəhbərlik etdiyi bakılılar iyulun 25-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq.
"Şəfa" iyulun 31-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Avqustun 7-də iki duel planlaşdıran komanda “Neftçi-2” və “Qarabağ-2” ilə qarşılaşacaq.


