Milli komandamızın üzvü Türkiyə klubu ilə peşəkar müqavilə bağladı

Türkiyənin “Ankaragücü” klubu azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə bağlayıb.
“Mediasport” xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, klub növbəti mövsümdə 2-ci Liqada yarışacaq.
18 yaşlı Həsən Nəzərov Ankara təmsilçisinin yetirməsidir və Azərbaycan U-19 milli komandasının üzvüdür.