Almaniyadan millimizə çağırılan futbolçu toplanışa qoşulmadı

Almaniyadan millimizə çağırılan futbolçu toplanışa qoşulmadı

Almaniyanın Regional Liqa klubu "Berliner"dən Azərbaycanın U-17 yığmasına dəvət alan Zeyd Nəsirulla millimizin düşərgəsinə qoşulmayıb.

"Mediasport" xəbər verir ki, 17 yaşlı mərkəz müdafiəçisi zədələnib.

O, Almaniyanın Gənclər Liqasında Münhenqladbax "Borussiya"sı ilə matçda topuğundan zədə alıb.

Xatırladaq ki, U-17 Azərbaycan seçməsi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində sabah Bolqarıstan, martın 27-də Litva, 30-da isə Malta milliləri ilə üz-üzə gələcək.