Superliqada azərbaycanlıların derbisi baş tutdu: Zamiq ilk qolu vurdu, komandası qələbə qazandı
Futbol üzrə Albaniya Siperliqasında azərbaycanlıların dueli baş tutub.
"Mediasport" xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" doğma meydanda Vüsal İsgəndərlinin heyətində oynadığı "Partizani" ilə qarşılaşıb.
Matç Əliyevin komandasının vacib qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı məhz Zamiq açıb.
Bu, millimizin üzvünün cari mövsüm komandasının heyətində 21-ci matçında ilk qolu olub.
Müdafiəçidən fərqli olaraq, İsgəndərli fərqlənə bilməyib və 46-cı dəqiqədə əvəzlənib.
Avrokubok zonasında olan "Eqnatia" sona bir tur qalmış xal ehtiyatını 57-yə çatdıraraq 3-cü sıradakı mövqeyini qoruyub.
"Partizani" isə bu məğlubiyyətlə avrokubok zonasını tərk edib.
