Antonio Konte: “Qarabağ” “Çelsi” və “Benfika” ilə matçlarda nəyə qadir olduğunu göstərib"

Antonio Konte: “Qarabağ” “Çelsi” və “Benfika” ilə matçlarda nəyə qadir olduğunu göstərib"

“Qarabağ” “Çelsi” və “Benfika” ilə matçlarda nəyə qadir olduğunu göstərib. “Qarabağ” çətin komandadır".

"Mediasport" xəbər verir ki, bu sözləri “Napoli” komandasının baş məşqçisi Antonio Konte deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Qarabağ”la baş tutan qarşılaşma haqda danışıb. O, 2:0 hesabı ilə qalib gəldikləri görüşü belə şrəh edib:

"Son iki oyunumuz əla alınır. "Atalanta" ilə matçda da gözəl qələbə qazanmışdıq.

Çempionlar Liqasında asan rəqib olmur. Çətinlik çəkdik, lakin komandamın qol vuracağına inanırdım. Rəqibin qapıçısı Mateuş Koxalskini qeyd etmək istərdim, əla qurtarışlarla yadda qaldı”.