Konfrans Liqasında "Zirə", "Sabah" və "Araz-Naxçıvan" üçün püşk atılır

Bu gün UEFA Avropa Konfrans Liqasında da III təsnifat mərhələsinin püşkatma mərasimi təşkil ediləcək.
“Mediasport” xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbirdə Azərbaycan klubları - "Zirə", "Araz-naxçıvan" və “Sabah”ın da potensial rəqiblərinin kimliyi müəyyənləşəcək.
Komandalarımız bunun üçün II raundu uğurla keçməlidirlər.
Səpələnmişlər səbətində yer alan “Zirə” - “Hayduk” (Xorvatiya) və “Petrokub” (Moldova) - “Sabah” cütünün qalibləri səpələnməmişlər cütünün ən güclülərindən biri ilə üz-üzə gələcək.
"Rakov" (Çenstoxova, Polşa) - "Jilina" (Slovakiya)
"Çelye" (Sloveniya) - AEK (Larnaka, Kipr)
"Aris" (Limassol, Kipr) - "Puşkaş Akademiya" (Macarıstan)
"Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya)
"Atletik" (Andorra) - "Dinamo Siti" (Albaniya)
Səpələnməmişlər səbətində qərarlaşmış "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünü keçən tərəf isə səpələnmişlər səbətində yer alan cütlüklərin qaliblərindən biri ilə qarşılaşacaq.
"Aktobe" (Qazaxıstan) - "Sparta" (Praqa, Çexiya)
"Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan)
"Zimbru" (Kişinyov, Moldova) - "Astana" (Qazaxıstan)
"Riqa" (Latviya) - "Dila" (Qori, Gürcüstan)
"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya)