"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünün biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər Danimarkanın “Kopenhagen” kollektivi ilə qarşılaşmanın biletlərini bu gün saat 15:00-dan onlayn qaydada əldə edə bilərlər.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu ilk turda Portuqaliyada "Benfika"ya qalib gəlib (3:2).
Standart biletlərin qiyməti:
5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
