"Ayaks" "Qarabağ"la görüş üçün Bakıya "azarkeş ordusu" ilə gələcək

"Ayaks" "Qarabağ"la görüş üçün Bakıya "azarkeş ordusu" ilə gələcək

Dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Ayaks"ı Bakıda çox sayda azarkeş dəstəkləyəcək.

"Mediasport" Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisini 2000-ə yaxın fanat stadiondan izləyəcək.

Niderland klubu üçün 1970 bilet ayrılıb. Bakıya isə 1500-ə yaxın azarkeşin gələcəyi gözlənilir.

"Ayaks"ın Azərbaycanda da xeyli fanatı var.

Xatırladaq ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.