"Araz-Naxçıvan" Türkiyədə Super Liqa təmsilçisinə məğlub oldu

 "Araz-Naxçıvan" Türkiyədə Super Liqa təmsilçisinə məğlub oldu

Türkiyədə toplanışda olan “Araz-Naxçıvan” növbəti yolxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Elmar Baxşıyevin komandası Super Liqa təmsilçisi "Konyaspor"la üz-üzə gəlib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırlıq çərçivəsində bunadək "Bayburtspor" (14:0) və "Alanyaspor"la (0:0) qarşılaşıb.

Komandamız son olaraq iyulun 17-də Super Liqanın digər klubu “Trabzonspor”la görüşəcək.