"Kopenhagen"in üzvü: "Qarabağ"a məğlubiyyətimiz ədalətli oldu"

 "Kopenhagen"in üzvü: "Qarabağ"a məğlubiyyətimiz ədalətli  oldu"

"Təbii ki, çox zəif çıxışımızdan məyus oldum. Biz oyunu ilk hissədə uduzduq. Lakin ümumilikdə, "Qarabağ"a məğlubiyyətimiz ədalətli  oldu".

"Mediasport" xəbər verir ki, bunu Danimarkanın “Kopenhagen” klubunun hücumçusu Mohammad Elyunussi deyib.

Forvard UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda "Qarabağ"a məğlubiyyəti şərh edib. O, Azərbaycan çümpionunun güclü rəqib olduğunu vurğulayıb:

"Mübarizələrdə yarım saniyə gecikdik və onlar həm havada, həm də yerdə mübarizələrdə qalib gəlirdilər.

“Qarabağ” bizdən daha kəskin görünürdü. Daha sürətli hərəkət edirdilər. Ümumən "Qarabağ"ın təzyiqi bizi təəccübləndirmədi.

İkinci hissədə itirəcək heç nəyimiz qalmadığı üçün sərbəst oynamağa başladıq. Şanslardan yararlana bilmədik. Qol vursaydıq, oyunu dəyişə bilərdik".

Xatırladaq ki, "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.