"Qarabağ"ın 1/8 final oyununun bileti 3 manatdan satışa çıxarıldı
Sabah Azərbaycan Kubokunun 1/8 finalı mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Karvan-Yevlax” oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutacaq matçın biletlərinin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Bir dueldən ibarət olacaq raundun görüşü saat 19:00-da start götürəcək.
