Daha bir legioner "Zirə"dən getdi

 Daha bir legioner "Zirə"dən getdi

Daha bir legioneri "Zirə"ni tərk edib.

"Mediasport" xəbər verir ki, Junyor Martins "qartallar"la vidalaşıb.

Braziliyalı vinger karyerasını Kambocada davam etdirəcək.

O, "Pre Xan Riç Svay Rinq" klubuna transfer olunub.

Xatırladaq ki, bu yay Rəşad Sadıqovun komandasından əcnəbilərdən Stefan Aka, Leroy Mikels, Tyaqo Silva, Ayron Qomis və Brahim Konate də ayrılıb.