"Qarabağ"ın yetirməsi "Xankəndi"də

 "Qarabağ"ın yetirməsi "Xankəndi"də

2-ci liqanın liderlərindən “Xankəndi” heyətini yeni hücumçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Mirmövsüm Caniyevi rənglərinə bağlayıb.

“Qarabağ”ın yetirməsi olan hücumçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə bağlanıb.

22 yaşlı forvardın son klubu “Baku Sportinq” olub.

Xatırladaq ki, liqada çempionluğa oynayan "Xankəndi" 14 turdan sonra "Qaradağ Lökbatan"la birlikdə şərikli liderdir. Hər iki kollektivin 39 xalı var.