Azərbaycan güləşçiləri beynəlxalq turnirdə çempion oldular
Rusiyanın Vladiqafqaz şəhərində 10-11 oktyabrda olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıblar.
15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.
Cavanşir Süleymanov (44 kq) və Elvin Nəcəfzadə (85 kq) bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.

